27 may 2011 - 19:30

Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələri Tbilisi əhalisini bu gün saat 15.00-da paytaxtın Rustaveli prospektidə zorakılığa qarşı “sükut aksiyası”na qoşulmağa çağırıblar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələri Tbilisi əhalisini bu gün saat 15.00-da paytaxtın Rustaveli prospektidə zorakılığa qarşı “sükut aksiyası”na qoşulmağa çağırıblar. Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, aksiya siyasi xarakter daşımayacaq. Lakin təşkilatçılar mayın 26-na keçən gecə müxalifətin mitinqinin dağıdılmasını pisləmək niyyətindədirlər.

Bu aradan, ötən gecə Tbilisidə “Ara” (“Yox”) gənclər təşkilatının fəalı həbs olunub. O, 90 gün müddətinə azadlıqdan məhrum edilib. Marcanişvili adına teatrda Gürcüstan prezidenti Mixail Saakaşviliyə şokolad plitkasını onun atdığı ehtimal edilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır