26 may 2011 - 19:30

Naməlum meyit daxili müayinə üçün ekspertizaya göndərilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gəncə şəhərində meyit tapılıb. Şəhər Prokurorluğundan verilən məlumata görə, naməlum kişi meyiti mayın 26-da Gəncə çayının kənarında aşkarlanıb.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Meyitin xarici müayinəsi zamanı üzərində zorakılıq əlamətləri olmayıb. Naməlum meyit daxili müayinə üçün ekspertizaya göndərilib.

Mərhumun ölümününn səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır