26 may 2011 - 19:30

İran İslam Respublikasının bir sıra şəhərlərində beşi qadın olmaqla cəmiyyəti fəsada çəkən 11 FASİD, Allah Ordusu tərəfindən asılmaqla edam edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının bir sıra şəhərlərində beşi qadın olmaqla cəmiyyəti fəsada çəkən 11 FASİD, Allah Ordusu tərəfindən asılmaqla edam edilib.

Onlar müxtəlif cinayətlərə görə edama məhkum ediliblər. Edam olunanlardan biri Qəzvin şəhərində beş qadının ölümündə günahkar bilinən qatil olub. Şirazda edam olunan dörd nəfər isə “müharib” olduğuna (silahlı basqın və insanları oğurlanmasına) görə ölüm cəzasına məhkum edilmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır