Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Yasamal rayonunda mənzilə basqın olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs Nailə Əliyevanın mənzilinə daxil olaraq bıçağı onun boğazına dirəyib. Qorxusundan özünü itirən qadın evdə olan qızıl və pullarını verməklə canını qurtarıb. Evə soxulan şəxs 2700 manat pul və evdə olan qızıl-zinət əşayalarını alaraq qaçıb.
Qadın başına gələnlərlə bağlı polisə xəbər verib. Hazırda cinayətkarın tutulması istiqamətində iş aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır