Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: May 24 saat 19:00 radələrində Xanım Zəhranın (s.ə) mövludu münasibəti ilə Bakı şəhərinin dənizkənarı parkında gəzinti təşkil edən dindarlardan bir neçəsi polis tərəfindən saxlanılıb. Və 6 nəfər 39-cu polis bölməsinə aparılıb. Saxlanılanlardan biri xanımdır.
Bu barədə gəzintidə iştirak edən şəxslərdən biri bildirib.
(00:43) 39-cu polis bölməsinə aparılan şəxslərdən 3-ü sərbəst buraxılıb. 2 nəfər isə polisə təzyiq etmələri iddiası ilə sabah məhkəməyə çıxarılacaq.
Xəbərlə əlaqəli ətraflı məlumatın verilməsi gözlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır