Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nərimanov rayonunda özünü eyvandan atan qadın öldü. Rayon Prokurorluğundan verilən məlumata görə, intihar hadisəsi mayın 3-də Azadlıq prospektində yerləşən binada baş verib. Həmin ünvanda yaşayan 52 yaşlı Zümrüd Kərimova özünü yaşadığı mənzildən - 4-cü mərkətəbədən atıb. O, ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadın mayın 22-də ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır