22 may 2011 - 19:30

“VAZ-2107” markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 10.00 radələrində Fatmayı yolunda qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb. Nəticədə maşında olan iki nəfər hadisə yerində ölüb. Daha bir nəfər, 34 yaşlı Nahid Hacıyev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır