Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 10.00 radələrində Fatmayı yolunda qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb. Nəticədə maşında olan iki nəfər hadisə yerində ölüb. Daha bir nəfər, 34 yaşlı Nahid Hacıyev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır