21 may 2011 - 19:30

Həlak olanlardan 5 nəfərinin cəsədi torpağın altından çıxarılıb

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Malayziyada güclü torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində uşaq evində 20 nəfər uşaq və 4 nəfər yaşlı adam həlak olub. Qərb kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, artıq həlak olanlardan 5 nəfərinin cəsədləri torpağın altından çıxarılıb. Xəsarət alan 7 nəfər isə torpaq altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Aramsız yağışlara baxmayaraq hadisə yerində təxminən 200 nəfər xilasedici və polis cəlb edilib. Sürüşmə ərazisinə yaxın olan ərazidəki sakinlərə də evlərini tərk etmək tapşırılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır