20 may 2011 - 19:30

Azərbaycanın Eurovision 2011 fəsad müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən dindarlar dünən 20 may 2011 tarixində azadlığa buraxıldı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Eurovision 2011 fəsad müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən dindarlar dünən 20 may 2011 tarixində,saat 18:30 radələrində azadlığa buraxıldı.

Xatırladaq ki,may ayının 15-i 2011-ci il tarixdə saat 13:30 radələrində Masallı rayonunda 2-dindar Araz Quliyev və Rza Ağalı Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 310.1 maddəsi ilə təqsirli bilinərək 5-gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Səbəb isə onların Azərbaycanın Eurovision 2011-ci ildə fəsad müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirdə Masallı şəhər icra başcısının nümayəndəsi Laçın Sadıqzadəyə bu tədbirlə bağlı etiraz etməsi olmuşdu

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır