Adil Allahın adı ilə!
Vətəndə bütün möminlərin qəlbində özünə xüsusi yer açmış əxlaq ustadımız, höccətül-İslam vəl-müslimin seyyid Həsən Amilinin bəzi sirli mövzuların üzərindən pərdələri açması ölkəmizdə lap vəl-vələ salıb. Çox “mənəm-mənəm” deyib səhərdən axşama qədər İran İslam Respublikasının əlyehinə danışan və iki qardaş milləti düşmənçilik həddindən də yuxarı səviyyədə görmək istəyənlərin sanki başlarına bir qaynar qazan su tökülüb. Əlbəttə, töküləcəkdə. Əgər bu dünyada tökülməsə də, Qiyamət səhnəsində öz müsəlman xalqının torpağına, etiqadına, dininə və namus-qeyrətinə xəyanət edənlər qəti olaraq cəzalarına çatacaqlar. Bunu bizə mütləq varlığın sahibi və mütləq qüdrət olan Allah-taala vəd edir və tarixdən öz xalqına xəyanət edənlərin aqibətinin necə olması məlumdur.
Ustadımız Vətən torpağının qanlı-qadalı günlərində din və əqidə qardaşlarımızın, Allahı, idioloji məktəbi, dini, dili, Quranı, Qibləsi, bir olan müsəlman qardaşlarına necə kömək etmələrindən bir qismini açıqladı. Özü də elə bir vaxtda ki, iki qardaşı bir-birinə vuruşdurmaqdan ötrü düşmən qüvvələr bütün qüvvələrdən istifadə etmək həddində idi. Bəli bu sirlər nə vaxtsa açıqlancaqdı. Bu dünyada olmasa da Axirət almində Qiyamət səhnəsində açıqlanacaqdır. Bu dünyada xalqın sərvətini talayıb onun torpaqlarına, Quranına və namus-qeyrətinə xəyanət edənlər heç də düşünməsinlər ki çox az bir müddətdən sonra dünyadan gedəcəklər və bununla da rahatlaşacaqdılar. Bəziləri belə dar şeytani düşüncələri ilə bəzən özlərini aldatmaq və öz cinayətlərinə davat etmək istəyirlər. Bəzən, guya Axirət aləminə də sirayət etmiş kimi, orda da yalan-palan, dünyadakı pul və sərvətlərinin onların harayına yetəcəklərinə ümid bəsləyirlər. Bu dünyada o qədər qüdrət, mal-pul və adı dillərdə əzbər olanlar var ki, indi Bərzəx almində (Qiyamət gününə qədər ruhların qaldığı aləm) sübhdən axşama kimi öz varislərindən - daha bundan artıq cinayət etməyin və mənim ehtiramımı saxlamaq istəyirsinizsə, heç olmasa zərrə qədər də olsa, Allaha tərəf gəlin və cinayətlərinizə son qoyun deyə - fəryad edir! Amma bütün bunları günahkar eşitmir və eşitmək də istəmir!
Son günlərdə məscidlərin sökülməsi, namuslu və qeyrətli alim və möminlərin şərlənərək zindanlara atılması xalqımızın qəzəbinə səbəb oldu. İqtidarın və bəzi məmurların müsəlman xalqdan illərlə gizlin saxlamaq istədkiləri mövzuların Allahın hikməti ilə açılması bütün haqsevər ölkə vətəndaşlarına sanki bir növ şadlıq gətirib. Bəli, xainlər və xalqına xəyanət edənlər müsəlman xalqa tanıtdırılmalıdır. Xalq öz dostu ilə düşmənini yaxşı-yaxşı ayrıd etməlidir yoxsa, sonu bədbəxtçiliyə və məhvə doğru gedər. Pis dost həmişə insanı pis yollara çəkər. Bu günə kimi qərbin iyrənc idiologiyasını bizlərə telkanallarımızdan “bal “ kimi tanıtdıranları tanımalıyıq.
Bu müsəlman xalqın namus və qeyrəti ilə oynayanları hansı məqamda və vəzifədə olmasından asılı olmayaraq, müsəlman xalq özü cəzalandırmalıdır. Bizim xalqımız müsəlmandır. Bizim milli mentalitetimizə yaraşmaz ki, qızları soyndurub dünyada onları bir dəstə qərb “lotularının” müqabilində nümayiş etdirək. Hətta, bu “lüt soyunmuşlar” öz etiqadlarına görə müsəlman deyillərsə də belə və hansısa kazinoda və ya “lütləşmə zalında” özlərini kimələrə nümayiş etdirirlərsə, müsəlman xalqın rəhbərlik məqamında qərar tutanlar, ən azı müsəlman xalqın adına yaraşmayan belə biabırçılığı efirə çıxarmamalı və müsəlman xalqın etiqadı və dininə ehtiram qoymalıdırlar.
Müsəlman xalqın rəhbərlik məqamında müvəqqəti kürsüdə oturanlar o vaxt narahat olmalıdırlar ki, bu xalqın İslamına, Quranına ehtirmasızlıq olunur və namuslu-qeyrətli alim və cavanlarına şər atılıb zindanlara atılır!
Müsəlman xalqın rəhbərlik məqamında müvəqqəti kürsüdə oturanlar o vaxt narahat olmalıdırlar ki, bütün dünya mediası önündə bu xalqın müqəddəs saydığı Quran ayaqlar altına atılır və iffətli xanım bir sıra “dövlət qolçomağı” tərəfindən böyük ehtiramsızlıqlara məruz qalır!
Müsəlman xalqın rəhbərlik məqamında müvəqqəti kürsüdə oturanlar o vaxt narahat olmalıdırlar və üzləri də gülməli deyillər ki, ölkənin 20% torpaqları işğal altında və yüzlərlə qız-gəlin və cavanlar düşmən əsarətindədirlər!
Allahdan qorxun! Bundan arıq dinimizə, Quranımıza və müsəlman xalqın inanclarına ehtiramsızlıq etməyin! Qorxun o gündən ki, Qiyamət səhnəsində bütün əməllər və sirlər açılacaq. Bunu Allah-taala Özü Quranda söz verir və buyrur: “Biz hər bir insanın əməlini öz boynundan asar və Qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini)" (İsra surəsi 13-14)
Qorxun o gündən ki, səhnələr açılacaq və günah və cinayət səhnələri olduğu kimi hamının gözü öünündə insanın özünə göstəriləcək və heç bir məqam, pul, mal-dövlət insanın dadına yetə bilməyəcək. Quranda oxuyuruq: “Bütün sirlərin aşkar olacağı o Qiyamət günü; (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!” (Tariq surəsi 9-10)
Mən bir ruhani və din xadimi kimi bütün müsəlman xalqımızdan, alimlərimizdən, qeyrətli və namuslu şairlərimizdən, ziyalılarımızdan və nəhayət şücaətli mömin cavanlarımızdan bu ağır şəraitdə Vətənin torpaqlarını, İslamımızı, dinimizi, əqidəmizi, müqəddəs Quranımızı və müsəlman xalqımızın namus və şərəfini qorumağa çağırıram! Əgər bu gün bütün bu atributlar ölkədə qorunmasa sabah və gələcək nəsillər bizləri bağışlamaz və Allahın da əzabına düçar olarıq!
Amma, ölkəmizdə İslama, Qurana və dinimizə qarşı “islamofobiya” proqramının icraçılarının diqqətinə Qurani-kərimin bu ayəsinə diqqət etməyə çağırıram:
“Onlar Allahın nurunu ( İslam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (Tövbə surəsi 32-33)
Hacı Faiq Vəlizadə