Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "İsra" Mədəniyyət mərkəzinin direktoru, "velfecr" və "KudusTV"nin təsisçisi tanınmış yazar Nürəddin Şirin İordaniya polisinin etirazçılara atəş açması nəticəsində yaralanıb.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinin Türkiyə müxbiri xəbər verir.
Xəbərdə bildirilir ki, İordaniyada İsrail əleyhinə etirazlara qatılan Nürəddin Şirin polisin aksiya iştirakçılarına atəş açarkən çiynindən güllə yarası alıb.
Qeyd edək ki, Nürəddin Şirindən başqa 4 türk vətəndaşı da İordaniya polisinin atəşi nəticəsində yaralanıblar. "Fələstin könüllüləri" adlı karvanın avtobusu da polis tərəfindən şüşələri sındırılıb, bu vaxt da xəsarət alanlar olub.
Hadisələrlə bağlı xəbərlər yenilənəcək...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır