10 may 2011 - 19:30

Vəkil Elçin Namazov iş barəsində bildirib ki, dövlət ittihamçısı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunan ruhaniyə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası istəyib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 11-də Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Hacı Azər Cəbiyevin işi üzrə növbəti proses keçirilib. Vəkil Elçin Namazov iş barəsində bildirib ki, dövlət ittihamçısı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunan ruhaniyə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası istəyib. Bu isə müvəkkilimə qarşı aparılan siyasi bir böhtandır.

221.3-cü maddəyə görə, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilmiş xuliqanlıq üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hacı Azər Cəbiyevlə birgə eyni maddə ilə təqsirləndirilərək həbs olunan daha bir gəncəli ruhani Hacı Fəxri İlyasovun işi üzrə məhkəmə də mayın 11-də keçiriləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır