10 may 2011 - 19:30

Fransada prezident seçkisi 2012-ci il aprelin 22-nə təyin edilib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fransa hökumətinin rəsmi təmsilçisi Fransua Baruana bəyan edib: Fransada prezident seçkisi 2012-ci il aprelin 22-nə təyin edilib. Birinci turda qalib müəyyənləşməsə, ikinci tur mayın 6-da olacaq.

O bildirib ki, daxili işlər naziri Klod Qean mayın 11-də 2012-ci il seçkisinin təqvimini rəsmi şəkildə Nazirlər Şurasına təqdim edib. Təqvimdə parlament seçkisinin 2012-ci il iyunun 10-da (ikinci tura keçsə, 17-də) keçiriləcəyi qeyd olunub.

Fransa prezidenti və Aşağı Palatanın deputatları ümumi seçki yolu ilə 5 il müddətinə seçilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır