Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı yaxın günlərdə üç ölkənin neft nazirlərinin iştirakı ilə ilk sənəd imzalanacaq. Bunu İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Cavad Oci deyib.
Oci əlavə edib ki, ötən həftə Bağdadda İran, Suriya və İraq rəsmiləri arasında qaz kəmərinin tikintisi və qazın nəqli ilə bağlı müzakirələr keçirilib.
Onun sözlərinə görə, üç ölkə rəsmilərinin razılığına əsasən, İranın "Cənub Pars" layihəsi çərçivəsində hasil olunan qaz bu üç ölkənin ərazisindən keçərək Livan, Aralıq dənizi və Avropaya nəql olunacaq.
"Bunun üçün 5600 kilometrlik qaz boru kəməri tikiləcək. Kəmərin sutkalıq gücü 110 milyon kubmetr olacaq", - Oci deyib.
Onun sözlərinə görə, bu kəmərin tikintisi üçün 5-6 milyard dollar vəsait sərf olunacaq.
"Qaz boru kəmərinin inşasına sərmayə yatırmaq üçün hazırda bir xarici şirkətlə danışıqlar aparılır. Yaxın günlərdə həmin şirkətlə saziş imzalanacaq", - Oci qeyd edib.
Qeyd edək ki, Avropalıların əsas qaz mənbəsini Rusiya təmin edir. Bu da rusların qış mövsumunda avropalılrı, həftələrlə qazsız qoymaq minvanı ilə öz siyasi hədəflərinə gətirib çıxardır. Bu məcburiyyətdən, avropalılar özlərinin İran İslam Respublikasına qarşı qoyduqları sanksiyaları pozmaq zəruriyyətindədilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır