Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Samux rayonunda ana və oğul dəhşətli hadisə törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Samux rayon, Ziyadlı kənd sakini Tamella Ələkbərovaya məxsus 80 kvadrat metrlik ev yanıb. Yanğın söndürüldükdən sonra T.Ələkbərova və oğlu Elsevər qan içində tapılıb. Onlar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Rayon Polis Şöbəsinin müstəntiqi Elşən Elçiyev Milli.Az xəbər portalına bildirdi ki, ana və bala özlərini öldürmək məqsədilə evi yandırıblar. Hətta ev yandırılmamışdan əvvəl Elsevər qayçı ilə evdə olan 8 min manat pulu doğrayıb, sonra isə ana və oğul intihar məqsədilə kəsici alətlə özlərinə xəsarət yetiriblər. Lakin yanğının qarşısının qısa zamanda alınması ana-balanın ölmünə imkan verməyib.
Faktla bağlı araşdırma aparılır, ana və balanın özlərinə hansı səbəbdən qəsd etməsi araşdırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır