Kral ya kardinal nə qədər pis adam ola, ordusuz-polissiz bir iş görə bilməz. Bu ölkənin Hacı Məmmədov kimi polis nümunəsi vardı. Amma həmin nümunə üzərində xalqına qan uddurmaq indi qəhrəmanlıq sayılır.
Əksər diktatura quruluşlarda müxalifətin də qara siyahısı olur. Bu siyahı ona görə deyil ki, hakimiyyətə gələndə həmin adamları cəzalandırasan. Siyahı ona görə tutulur ki, bu “fərasətli” adamlar hakimiyyət dəyişəndən sonra daha böyük vəzifələrə keçməsinlər. Ona görə də, ey qadırğası qırılanlar, başı yarılanlar, təpiklənənlər, zindana atılanlar! Yaddaş dəftərinizi boş saxlamayın!