Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
KXCP sədri Mirmahmud Mirəlioğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "İstənilən yerdə istənilən aksiyanın keçirilməsi normaldır. Sadəcə olaraq, Azəbrcan polisi, Azərbaycan hakimiyyəti də bu tələbləri yerinə yetirməlidir, nəinki aksiyanı amansızlıqla yatırtmalı.
Azərbaycanda təhsil sistemində böyük problemlər var, onlardan ən böyüyü də Misir Mərdanovdur. Korrupsiya ilə bağlı kampaniya başlayanda bəlli oldu ki, Misir Mərdanovun rəhbərlik etdiyi nazirlikdə, nazirliyin özünün verdiyi məlumata görə, 40 nəfər işçi saxta diplomla işləyirmiş. Belə saxtaklar təhsildə, saxtakar nazirlikdə, saxtakar nazirin özündə o qədər problemlər var ki, onlar aradan qaldırılmalıdır.
Ramil Usubov cənabları bunun fərqində olmalıdır ki, onun polisindən dəyənək kimi istifadə edilməməlidir. Polisin bugünkü fəaliyyətinə görə, cəmiyyətdə polisə qarşı ikrah hiussi yaranıb. Amma əksinə omalıdır, biz polislə fəxr etməliyik, o asayişin keşiyində durmalıdır.
Təhsil Nazirinin canı çıxmalıdır, öz problemini özü həll etməlidir, polisi bura qatmalı deyil.
Aksiyaçı nə edəcək? Gəlib haqqını tələb edəvək, şüarını deyəcək, qətnaməsini verəcək və çıxıb gedəcək. Bundan o tərəfə bir şey yoxdur. Bunu polislə dağıtmaqla Azərbaycan dövlətçilyinin imicinə ziyan gəlir, dünyada bizi vəhşi kimi tanıyırlar. Belə olmaz".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır