Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Anar Qasımov jurnalist Eynulla Fətullayev, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov və Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə görüşüb. Bu barədə APA-ya vəkil özü məlumat verib. O, hər üç şəxsin saxlanma şəraiti barədə narazılığının olmadığını bildirib.
Qeyd edək ki, E. Fətullayev 1 saylı Cəzaçəkmə Müəssisəsində, Hacı Mövsüm Səmədov və T. Abbaslı isə Bakı İstintaq Təcridxanasında saxlanılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır