Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 25-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda təxirə salınmış «Regional cavab - 2011» birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqda da fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks iştirak edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır