21 aprel 2011 - 19:30

"Mövsüm Səmədov öz söz azadlığından istifadə edərək çıxış edib. Əgər bu çıxışa həbs düşürsə onda gərək, sabah küçələrdə istefa qışqıran hər bir kəs, hakimiyyətə çevriliş cəhdi ilə həbs olunsun"-deyə AİP sədrinin vəkili Anar Qasımov bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Media Mərkəzində “Müstəqil məhkəmə sisteminin yoxluğu – Azərbaycanda siyasi məhbus və vicdan dustaqlarının sayının artması əsasıdır” mövzusunda keçirilən konfransda çıxış edən vəkil Anar Qasımov, Mövsüm Səmədovun işi üzrə istintaq gedişatından narazı olduğu bildirdi. "Biz bu günə kimi bir neçə vəsadət qaldırmışıq. Lakin heç bir şikayət və vəsatətimiz təmin olunmayıb. Mövsüm Səmədov həbs olunduğu ilk gündən hüquqları pozulur. Belə ki, inzibati cəza verilən Azərbaycan İslam Partiyasının sədri Binəqədi rayon təcridxanasında saxalanmalı olduğu halda, onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq qanunsuz olaraq dindiriblər. Artiq biz Azərbaycan məhkəmələrindən heç nə gözləmirik. Çünki hər şey dövlətin öz əlindədir. Bundan sonra ümidimiz Avropa məhkəməsinədir. Sonuncu dəfə ekspertizanın rəyinə uyğun olaraq, Mövsüm Səmədovun çıxışı hakimiyyəti çevriliş xarakterli çıxış kimi təsdiqlənib. Gərək bu məsələyə bütün hüquq müdafiəçiləri dəstək versin. Sabah belə bir hal hamımızın başına gələ bilər. Mövsüm Səmədov öz söz azadlığından istifadə edərək bu çıxış edib. Əgər bu çıxışa həbs düşürsə onda gərək, sabah küçələrdə istefa qışqıran hər bir kəs, hakimiyyətə çevriliş cəhdi ilə həbs olunsun"-deyə AİP sədrinin vəkili Anar Qasımov əlavə edib. 

Qeyd edək ki, artıq bu gün Mövsüm Səmədovun növbəti məhkəmə prosesinin keçirildiyini deyən Anar Qasımov, qaldırdıqları vəsadətin təmin olunmadığını deyib. Bu dəfə ki, vəsatət Mövsüm Səmədovun artırılmış 3 aylıq həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması olub.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır