Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Suriya prezidenti Bəşər Əsəd ölkədə 1963-cü ildən bəri hökm sürən fövqəladə vəziyyət rejiminin ləğvi haqqında fərman imzalayıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya dövlət televiziyası xəbər yayıb. FV rejimi ilə bərabər siyasi işlərə baxan Ali Dövlət Təhlükəsizlik Məhkəməsi də ləğv olunub.
Qeyd edək ki, Suriya höküməti tərəfindən belə doğru addımların atılması Azərbaycan dövləti üçün Hicaba qoyulan şifahi qadağanı ləğv etməkdə və Hİcab uğrunda müdafiəyə qalxmış dindarları və onların lideri Mövsüm Səmədovu həbsdən buraxmaqda gözəl örnək ola bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır