18 aprel 2011 - 19:30

Səməd Seyidov: “İrəvanın Dağlıq Qarabağ üzrə Alt Komitənin işinə mane olması Ermənistanın imicinə mənfi təsir edəcək... Ermənistanın belə bir davranışı danışıqlar prosesinə də təsir edəcək”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Millət vəkili Səməd Seyidov Ermənistanın AŞPA çərçivəsindəki Dağlıq Qarabağa dair Alt Komitənin iclasına əngəl olmasına münasibət açıqlayarkən bildirmişdir: “İrəvanın Dağlıq Qarabağ üzrə Alt Komitənin işinə mane olması Ermənistanın imicinə mənfi təsir edəcək... Ermənistanın belə bir davranışı danışıqlar prosesinə də təsir edəcək”. 

Onun sözlərinə görə, AŞPA-da Qarabağ üzrə Alt Komitənin yaradılması yekdil bir qərarla qəbul olunub: “Amma indi İrəvan qurumun fəaliyyətinə mane olur və problemin müzakirəsindən çəkinir. Bu, qeyri-konstruktiv bir davranışdır və Ermənistanın imicinə təsir göstərəcək”.

Uydurma “erməni soyqırımı”nın ildönümü tarixinin yaxınlaşması ilə əlaqədar millət vəkili dünya birliyinin erməni təbliqatının təsiri altına düşməyəcəyinə ümid etdiyini deyib. ABŞ prezidenti Barak Obamanın gözlənilən ənənəvi “soyqırımı” bəyanatına münasibət açıqlayan Səməd Seyidov qeyd edib ki, özünə hörmət edən hər hansı dövlətin Ermənistanın xeyirinə olan yalan bəyanat verəcəyinə inanmır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır