10 aprel 2011 - 19:30

Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri Səudiyyə hərbiçilərinin dəstəyi ilə Bəhreyndə yerləşən 5 məscidi viran qoyub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu hadisə ötən gün Bəhreyn rəsmilərinin iki müxalifin zindanda öldüyü xəbərini təsdiqləməsindən sonra baş verib.

Belə görünür ki, Bəhreyn rejimini xalq üsyanını yatırmaq üçün yeni üsullara əl atıb. Onlar müqəddəs məkanları viran qoymaqla xalqa zərbə vurmaq istəyirlər.

Bəhreyndən əldə olunan son görüntülərdə hərbiçilərin əhalinin evlərinə göz yaşardıcı qaz və əl qumbarası atdığı məlum olur.

Nəzərinizə çatdıraq ki, hüquq müdafiəçilərinin bildirdiyinə əsasən, son günlər Bəhreyndə baş verən hadisələrdə 800 nəfər həbs edilib. Onlardan 25-i qadındır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.