Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Akif Heydərlinin sözlərinə görə, bu gün verilən cavab məktubunda paytaxt meriyası partiyanın Azadlıq meydanında mitinq keçirmək istəyini qəbul etməyib. Məktubda bildirilib ki, Azadlıq meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil. Cavab məktubunda mitinq üçün alternativ yer isə göstərilməyib.
Qeyd edək ki, martın 29-da Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də paytaxtın Azadlıq meydanında və ya Parlament binasının qarşısında mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.
Xatırladaq ki, mitinqin keçiriliməsində əsas məqsəd aksiyada Qarabağın işğaldan azad edilməsi, hicaba qadağanın ləğvi və vicdan məhbuslarının azadlığa buraxılması idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır