4 may 2011 - 19:30

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Bəhreyndə yaşanan olayları müzakirə etmək məqsədilə bu ölkəyə səfər edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən ay Bəhreynin xarici işlər naziri Türkiyəyə səfər etmişdi. Şeyx Xalid ibn Əhməd Əl-Xəlifənin Ankaraya səfəri zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Bəhreyndə yaşanan hadisələrdən təəssüfləndiyi bildirərək açıq şəkildə: “Biz Bəhreyndə yeni bir Kərbəla hadisəsinin yaşanmasını istəmirik” demişdi.

Qeyd edək ki, Bəhreyndə diktator bir rejim olmasına baxmayaraq, Amerika və müttəfiqləri tərəfəndən bu rejim və onun törətdiyi cinayətlər, ciddi şəkildə dəstəklənir və beynəlxalq cəmiyyət bu ölkədə yaşananlara biganə mövqe sərgiləyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır