Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:bazar ertəsi gün Liviyadan Tunisə keçən Liviyanın xarici işlər naziri Musa Koussanın İngiltərə hökümətindən sığınacaq istədiyi bildirilib. Artıq Musa Koussanın London şəhərinə gəldiyi haqqda məlumatlar yayılıb. Koussaya yaxın mənbələrdən verilən məlumat görə, o, diktator Qəzzafi hökümətinin xalqa hücum etməsinə etiraz olaraq Liviyanı tərk edib.
Qeyd edək ki, Liviya höküməti yayılan məlumatı təkzib edərək Koussanın ölkədə olduğunu açıqlayıb. İngiltərənin hökumətindən verilən məlumatda isə, liviyalı nazirin Londona gəlməsi barədə onlarda heç bir məlumatın olmadığı bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.