Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Keçən ay hökumətin aksiyaçılara qarşı sərt müdaxiləsinə etiraz etmək məqsədilə Şiə müxalif blokundan istefaya çıxan 18 millət vəkilindən 11-nin istefası Məclisdə qəbul edilib. Digərlərinin isə istefa tələbləri daha sonra müzakirə ediləcək.
Bəhreyndə hakimiyyət tərəfdarları ilə müxaliflər arasındakı gərginlik davam edərkən müxalif qruplara məxsus binalara qarşı hücum çəkildiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.