Yəməndə müxalifət qrupları prezident Əli Abdulla Salehin istefasını ilin sonuna qədər gözləmək niyyətində deyil. Müxalifət koalisiyasının lideri Yasin Noman prezident Salehin 2011-ci ilə qədər prezident vəzifəsində qalıb sonra istefaya gedəcəyinə dair açıqlamasını boş sözlər adlandırıb. O, müxalifətin bu şərti qəbul etməyəcəyini və mövcud rejimlə dialoqa getməyəcəyini bildirib.

Müxaliflər martın 25-ni “İstefa cüməsi” elan ediblər. Onlar bu gün küçələrə yüz minlərlə adam çıxarmaq niyyətindədir.

Yəmən şəhərlərində isə hökumət qüvvələri ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar davam edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.