Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mövcud durumda NATO uçuşa yasaq bölgə çərçivəsində yalnız legitim müdafiə haqqından istifadə edə bilədək. Mülki şəxslərin qorunması məqsədilə yer hədəflərinə atəş açılmayacaq.
Bazar günü Brüsseldə yenidən toplaşacaq NATO səfirləri alyansın xidmət sahəsinin bütün hərbi əməliyyatları idarə edəcək və Qəzzafinin təhdidi altındakı bölgələri qoruma məqsədilə yer hədəflərini vuracaq qədər genişləndirilməsi məsələsini müzakirə edəcəklər.
Eyni zamanda NATO-nun daha geniş çərçivəli bir missiyasının mülki vətəndaşların qorunması vəzifəsini davam etdirməsi və əməliyyatın üçüncü ölkələrə açıq tutulması məsələsi də müzakirə mövzusudur.
Bu çərçivədə martın 29-da İngiltərədə aparılacaq və Türkiyədən xarici işlər naziri Əhməd Davudoğlunun da iştirak edəcəyi toplantının nəticələri maraqla gözlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.