Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyadan digər məlumata görə, hökumət tankları və artilleriya Misurat şəhərində üsyançıların mövqelərini atəşə tutub.
Liviyada fevralın ortalarından xalq hərəkatı gedir. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəzzafinin istefasıdır. Toqquşmalarda minlərlə adam həlak olub.
Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviyaya dair qətnamə qəbul edib. Qətnamə Liviya aviasiyasının bütün istiqamətlərdə uçuşunu yasaqlayır, Qəzzafi rejimini və onun əleyhdarlarını atəşi dayandırmağa və silahı yerə qoymağa çağırır.
Martın 19-dan ABŞ, Böyük Britaniya, Fransa və başqa ölkələrin hərbi qüvvələrini birləşdirən koalisiya Liviya rejiminə qarşı aviasiya və artilleriya zərbələri endirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.