Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın Qırmızı Aypara Cəmiyyətinin rəyasət heyətinin baş müdiri Məhəmməd Abbasi deyib: Tunislə sərhəd bölgələrində yerləşən Liviya qaçqınlarına kömək məqsədilə ahəngdarlıq üçün bu ölkənin Qırmızı Aypara Cəmiyyəti ilə əlaqə qurulub.
O, ən azı 500 liviyalı ailə üçün bu sərhəd məntəqəsində düşərgənin yaradılmasını, qida və tibb yüklərinin göndərilməsini İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin digər potensiallarından biri kimi sayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.