Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəzzafi xalqı silahlandırdıqlarını və sonuna qədər dirənəcəklərini bildirib: "Bütün xalq bizimlə birlikdədir. Yanımızda Allah var. Sizin yanınızda isə kimsə yoxdur. Sizin bu hücumu etməyə nə haqqınız var? Sizlər geri qalmış barbarlarsınız. Biz mübarizə aparacağıq. Atalarımızın qanı ilə islanmış bu torpaqları buraxmayacağıq. İnsanlar bu hücumun nə qədər ciddi olduğunu görəcəklər. Liviya gücü və iqtidarı əsla başqlarına təhvil verməyəcək. Liviyalılar fransız əsgərlərinin torpaqlarımıza girməsinə izin verməyəcək. Binqazi ayağa qalxacaq, gənclər yaşıl bayrağı daha da yüksəkliyə daşıyacaq. Bu müharibəni biz qazanacağıq. Bütün xalq arxamızdadır. Raket və hərbi təyyarələrdən qorxmuruq. Biz sizə uzun bir müharibə sözü veririk. Qorxmuruq..."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır