Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: nazir deyib ki, hökumət ölkədə sülhün, insan haqlarının, qayda-qanunun və qanunun aliliyinin bərpası üçün əlindən gələni edəcək.
M. Kusa BMT TŞ-nin Liviya üzərində uçuşları qadağan etməsindən təəssüfləndiyini də söyləyib və bunun ölkə əhalisi üçün neqativ təsirinin olacağını vurğulayıb. O, dünya ictimaiyyətinin Liviyanın hökumət qüvvələrinə qarşı hərbi gücdən istifadə barədə qərarının da yanlış olduğunu qeyd edərək ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında maraqlı olan bütün qüvvələrlə dialoqa hazır olduqlarını açıqlayıb. Nazir dünya ictimaiyyətini Liviyaya vəziyyəti yerində araşdıracaq və müvafiq qərarlar qəbul edəcək xüsusi komissiyalar göndərməyə də çağırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır