15 mart 2011 - 20:30

Səudiyyə ordusunun Bahreyndə törətdiyi qətliamı cinayət adlandran baş nazir, bu cinayətlərin tez bir zamanda dayandırılmasını tələb edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İrandan sonra Türkiyə rəhbərliyi də, Səudiyyə Ərəbistanı dövlətinə Bəhreyndə törədilən qətliama görə xəbərdarlıq göndərib. Şiə olduqları üçün Bahreyndə xalqını qıyamını yatırtmaq məqsədiylə ölüm komandoslarını bu ölkəyə göndərən Səudiyyə rejimi, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğannın sərt tənqidi ilə üzləşib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində çıxış edən Ərdoğan, "Bizim tərəfimiz müəyyəndir, dəqiqdir. Biz neft quyularına görə narahat deyilik. Xalq, millət, demokratiya, sülh, qardaşlıq olan tərəfdəyik. Biz məzhəb döyüşü görmək istəmir, yeni kərbəlalar yaşamaq istəmirik"-deyə bildirib.  Nəzərinizə çatdıraq ki, Səudiyyə ordusunun Bahreyndə törətdiyi qətliamı cinayət adlandran baş nazir, bu cinayətlərin tez bir zamanda dayandırılmasını tələb edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır