14 mart 2011 - 20:30

Yəmən hökuməti nümayişlərdə 7 nəfərin öldürülməsindən sonra mediaya qarşı rəftarını sərtləşdirib. Son olaraq Yəməndən olan iki ingiltərəli və iki amerikalı jurnalist həbs olunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Jurnalistlər paytaxt Sənadakı evlərindən həbs edilərək, ölkədən deportasiya ediliblər.

Deportasiya edilən jurnalistlər "Los Anceles Times" qəzetinin yazarı  Haley Svitland Edvards, fotoqraf Coşua Marikiç, "The Vaşinqton Post" qəzetinin yazarı Portia Valker və "Wall Street Journal" qəzetinin yazarı Oliver Holmesdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır