Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kampaniya üçün hazırlanan səhifədə, müxaliflərə həm səhifədəki məlumatı təsdiqləyərək dəstəklərini göstərmələri, həm də fərqli şəhərlərdə təşkil ediləcək hərəkətlərə qatılmaları çağırışı edilir.
Etirazı təşkil edən gənclərdən biri Elnur Məcidli, 11 Mart tarixinin “Ümummilli mitinq” günü olaraq seçilməsinin səbəbini,"Mübarəkin istefasından tam bir ay sonra" olması ilə açıqlayır.
Bu günə qədər Facebook saytında açılan " Ümummilli mitinq günü" səhifəsinə 20 min adam qoşulmuş və nümayişə qatılaraq dəstək verəcəklərini bildirmişlər.
Azərbaycan parlament üzvlərindən bir qrup şəxs də dövlət əleyhinə ediləcək etirazlara dəstək verərək,mövcud hakimiyyəti bütün sahələrdə köklü islahatlar etməyə, tez bir zamanda ümumi seçkilər keçirməyə, bütün dövlət apparatını istefa göndərməyə, dövlət məmurlarının əldə etdikləri mülklərin araşdırılmasına, dini inanclara azadlıq və bu sahədəki qadağaların qaldırılmasına, bütün siyasi məhbusların sərbəst buraxılmasına və başqa köklü dəyişikliklərə çağırdılar.
Verilən xəbərə görə,Azərbaycan dövləti Bakıda təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çıxarıb. Bakı küçələrində zirehli vasitələr yerləşdirilərək xalqın küçələrə tökülməsinin qarşısını almağa cəhd olunacaq.
Bilindiyi kimi son zamanlar, Azərbaycan məktəblərində hicabın qadağan edilməsi, məscidlərin sökülməsi, din xadimlərinin həbs olunması və iqtisadi çətinliklər xalqın dövlətdən narazı olmasına səbəb olan ən böyük faktorlardandır.
Azərbaycan müxalifət partiyaları hərəkata dəstək verəcəklərini açıqlayarkən, Azərbaycan universitetlərindəki tələbələrə dövlət tərəfindən etirazlara qatılmamaq haqqında xəbərdarlıq edildiyini bildiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
