Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Böyük Britaniya krallığı Liviyaya qoşun göndərməyə hazırlaşır. Yaxın bir gün ərzində ölkənin şimalına yerləşdiriləcək əsgərlər, Krallığın 3-cü batalyonunun əsgərlərindən ibarət olacaq. Artıq bununla bağlı 3-cü batalyonun əsgərləri olan şotlandiyalı hərbçilər hazırlıq vəziyyətinə gətirilib.
Liviyaya göndəriləcək əsgərlərin sayı 600 nəfərdir və onların çoxu Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Mövzu ilə bağlı Britaniyanın Xarici İşlər nazirliyi bildirib ki, Liviyaya göndərilən əsgərlər hərbi əməliyyatlar üçün yox, humanitar yardım aparmaq üçün gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır