Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yeni baş nazir seçilmiş keçmiş nəqliyyat naziri Əssam əl Şərif, bu gün Mübarəki devirən Təhrir meydanından xalqa səslənib. Baş nazir Əssam əl Şərif, nümayişçilərə xitab edərək deyib ki, "Nümayişlər zamanı məndə sizinlə idim. İndi sizdən yeni Misir hökumətinə dəstək tələb edirəm."
Qeyd edək ki, hərbiçilərin köməyi ilə meydana gələn baş nazir sevgi ilə qarşılanıb. Nazir qısa bir çıxış edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır