Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəmən Demokratik Partiyasının sözcüsü, ölkə prezidenti Əli Abdullah Salehin istefa verməyəcəyi təqdirdə, xalqın silahlanaraq onu bu cür devirəcəyini açılqlayıb. Demokratik Pratiyanın sözcüsü "Seyful Vəşli" dünən "əl-Aləm" kanalına verdiyi müsahibəsində, Yəmən xalqının ölkənin hazırki lideri Əli Abdullah Salehi devirmək və talanan sərvəti geri qaytarmaqdan başqa variantının olmadığını bildirib. "Yəməndə təşkil olunan aksiyalar sülhsevər şəkildə keçirilir. Xalq əlindəki silahları hələ ki, işə salmayıb. Əgər Əli Abdullah Saleh xalqın istəyini qəbul etməyib hakimiyyətdən getməsə, o zaman xalq silahlı mübarizə aparacaq"-deyə partiya rəsmisi qeyd edib
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır