Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mübarək Tabuk şəhərində yerləşən hərbi bazada mədəaltı vəzinin xərçəngindən müalicə olunur. O, hər 5 gündən bir kimyaterapiya seansı keçir. Qəzet Mübarəkin ailəsinin də Səudiyyədə olduğunu yazır. Mübarəkin istefadan iki gün sonra sözügedən ölkəyə getdiyi bildirilir.
Məşhur "Əl-Yaum əs-Səbia" qəzeti isə yazır ki, Mübarək Misirdədir və gücləndirilmiş mühafizə sistemi altında tibb mərkəzlərinin birində müalicə olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır