Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: toplantıdan sonra artıq İraqın Babil vilayətinin qubernatoru istefa verib. Nuri əl-Maliki tərəfindən 2009-cu ildə bu posta təyin olunan Salman Əl-Zərqani, bu ayın əvvəlindən vəzifəsindən istefa verən üçüncü qubernator olub. Bundan əvvəl vəzifəsini yerinə yetirə bilməyən Vəssit və Bəsrə vilayətlərinin qubernatorları da nümayişlərdən sonra istefa vermişdi.
Nəzərinizə çatdıraq ki, ötən İraqın nüfuzli din alimi Ayətullah Sistani yerli hakimiyyətə islahat aparması barədə göstəriş vermişdi. İraqlı alimin göstərişindən iki gün keçməmiş, Nuri Əl-Maliki artıq islahatlara start verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır