26 fevral 2011 - 20:30

İran İslam Respublikası XİN sözçüsü deyib: İran tezliklə Liviyaya humanitar yardım üçün hazırdır. İran XİN rəsmisi Ramin Mehmanpərəst Liviya xalqının qiyamı haqda suala cavabda deyib: İran Liviya xalqının bu qiyamını dəstəkləyir və bu ölkəyə humanitar yardım görməyə hazırdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Mehmanpərəst habelə deyib ki, hal-hazırda islam dalğaları Liviyada baş alıb gedir. Bu ölkə xalqının ali məqsədli milli tələblərini reallaşdırmaq üçün daha da ayıq olub vəhdət yaratması zəruridir.

 

XİN rəsmisi həmçinin deyib: İslam Konfransı Təşkilartı üzvləri, xüsusilə də regionun müsəlman ölkələri Liviya xalqına hərbi təcavüzləri n qarşısında çox həssas, bu ölkə xalqı əleyhinə hər hansı bir hiylənin həyata keçməsinə mane olmalıdırlar.

 

Mehmanpərəst İmam Musa Sədr barədə də fikir bildirib və deyib: İran İslam Respublikası İmam Musa Sədrin vəziyyətinin aydınlaşması üçün də bütün imkanlarından istifadə edəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır