Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın Azərbaycandakı səfriliyi qarşısında etiraz akaisyası keçirilib. Dünən saat 15:00 radələrində Milli Mübarizə Birliyi gənclər təşkilatının bir qrup üzvü Amerikanın ölkəmizdəki səfirliyinin qarşısında nümayiş keçirib. Verilən məlumata görə, polis aksiya iştirakçılarının səfirliyə doğru hərəkət etməsinə mane olub və aksiyanın keçirilməsi baş tutmayıb.
Aksiya iştirakçılarının ANS-ə verdiyi məlumata görə, nümayişin keçirilməsində məqsəd 1992-ci ildə Birləşmiş Ştatlar Konqresində Azərbaycana qarşı qəbul olunan 907-ci maddəni ləğvinin tələb edilməsi olub. Aksiya iştirakçıları polis vasitəsilə qətnamələrini səfirliyə təqdim edə biliblər.
Qətnamədə deyilir:
1. Qarabağ və işğal altında olan digər Azərbaycan torplaqlarından Ermənistanın hərbiləşdirilmiş terrorçu dəstələri qeyd-şərtsiz çıxmalıdır.
2. ABŞ parlamenti tərəfindən Azərbaycan dövlətinə qarşı yönəlmiş 907-ci düzəliş ləğv edillməlidir.
3. Xocalı soyqırımı ABŞ konqresində müzakirəyə çıxarılmasını xahiş edirik.
Aksiya iştirakçıları əllərində Xocalıda qətlə yetirilən azərbaycanlıların şəkillərini və üstündə "907-ni ləğv et", "Xocalı soyqırımını tanı", "Azərbaycan terrorçu deyil" şüarları yazılmış plakatlar tutublar.
Qeyd edək ki, bu məlumat Azərbaycan mətbuatında işıqlandırılmayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır