Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəzzafinin xalq üsyanını yatırtmaq üçün tutduğu muzdlu əsgərlər, öldürülən nümayişçilərin izini tirimək üçün onları yandırmağa başlayıb.
Qeyd edək ki, Liviyanı 42 ildir dəmir yumruqla idarə edən və son çıxışında "Ölsəm də istefa vermərəm" deyən polkovnik Müəmmar Qəzzafinin çirkli işlərini afrikalı muzdlu əsgərlər yerinə yetirir. Onlar ayda 30 min ABŞ dolları məvacib alır və paytaxt Tripole şəhərində qarşısına çıxan hər kəsi qətlə yetirir.
Nəzərinizə çatdıraq ki, Fransanın "Le Figaro" qəzeti isə, paytaxt istisna olmaqla bir neçə şəhərdə Liviya əhalisinin Qəzzafi ordusu ilə müharibəyə hazır olduqları barədə məlumat verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.