Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza jurnalistlərlə görüşüb. Əvvəlcə səfir kimi təəssüratlarını bölüşən Brayza daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.
ABŞ və Azərbaycanı yaxınlaşdıran dərin strateji maraqlar olduğunu deyən səfir bu sırada enerji təhlükəsizliyi, demokratik islahatların keçirilməsi və regionda sabitliyin təmin olunmasının vacibliyini qeyd edib.
Azərbaycanda irəli sürülən antikorrupsiya təşəbbüslərini dəstəklədiyini vurğulayan ABŞ səfiri bu prosesin davam etdirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Meytu Brayza son vaxtlarda iki dəfə ABŞ Dövlət Departamentinin öz vətəndaşlarını Azərbaycanda terror təhlükəsilə bağlı xəbərdar etməsinə dair sualı belə cavablandırıb: “Biz bu xəbərləri əsassız elan etmirik. Əgər terror təhlükəsi barədə ikinci dəfə xəbərdarlıq etmişiksə, deməli, məsələ çox ciddidir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır