17 fevral 2011 - 20:30

İran xalqı “25 bəhmən” tarixində Musəvinin təfdarlarından birinin açdığı atəş nəticəsində həlak olmuş universitet tələbəsinin dəfnində iştirak edərək "Musəvi və Kərrubiyə ölüm" şüarları səsləndiriblər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  İşğalçı rejimin prezidenti Şimon Peres İranda özünü müxalif qüvvələr kimi tanıtdıran Mir Hüseyn Musəvi və Mehdi Kərrubini dəstəkləyib. Şimon Peres İranda iğtişaşlar baş verəcəyinə ümid etdiyini deyib.

Peres müxalifət liderlərinin azadlıq tərəfdarı olduğundan söz açıb.

İran xalqı isə “25 bəhmən” tarixində Musəvinin təfdarlarından birinin açdığı atəş nəticəsində həlak olmuş universitet tələbəsinin dəfnində iştirak ediblər. Müxtəlif şəhərlərdə küçələrə çıxan milyonlarla insan Musəvi və Kərrubinin həbs edilərək cəzalandırılmasını tələb ediblər. Xalq İranın ali məhkəməsindən bu günədək Musəvi və Kərrubiyə güzəşt edilməsinin bəs olduğunu söyləyiblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.