Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistanın Konstitusiya Məhkəməsi Rusiya hərbi bazasının ölkədə qalma müddətinin uzadılması barədə müqaviləni təsdiqləyib.
Ermənistanın Konstitusiya Məhkəməsi Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalma müddətinin 49 ilə qədər uzadılması barədə dövlətlərarası müqaviləni təsdiqləyib. Konstitutsiya Məhkəməsi Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasına dair müqavilənin Konstitusiyaya uyğun olması barədə qərar çıxarıb. Sənədə əsasən Ermənistanın sərhədlərinin təhlükəsizliyi də Rusiya ordusunun iştirakı ilə təmin ediləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır