Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misir Ərəb Respublikasında hakimiyyət Silahlı Qüvvələrin Ali Şurasına keçib. Bu qurumun qərarı ilə ölkə parlamenti dondurulub və konstitusiya qüvvədən salınıb. Ölkədə 6 ay ərzində seçkilər keçirilməlidir. Bundan əvvəl isə referendumda yeni konstitusiya qəbul olunacaq.
Silahlı Qüvvələrin Ali Şurasının sədri postunu müdafiə naziri Hüseyn Tantavi tutur. Hazırda o, Misirin faktiki rəhbəridir.
Məhəmməd Hüseyn Tantavi 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən ordudadır. Ərəb-İsrail müharibələrində, o cümlədən Körfəz müharibəsində (ABŞ tərəfdən) iştirak edib.
1991-ci ildən müdafiə naziri, Silahlı Qüvvələrin Ali Şurasının (Hərbi Şura) sədridir. General-feldmarşaldır. Sionist qüvvələrinin tapşırıqlarını canla-başla həyata keçirir. Ömrunu masson təşkilatı yolunda həsr etmiş fərddir.














Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır