4 fevral 2011 - 20:30

İranın ali dini lideri ayətullah Seyid Əli Hüseyn Xameneyi Misir və Tunisdəki inqilablara münasibətini bildirərkən onları "İslam azadlıq hərəkatı" adlandırıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İmam Xamneyi Tunis və Misirdə baş verənləri 1979-cu ildə İranda baş verən hadisələrin əks-sədası adlandırmışdır.

Qeyd edək ki, İmam Xamneyi bu fikirləri Tehran Universitetində, Cümə namazından sonra səsləndirib - "Misir müsəlmanlarının oyanması İslam azadlıq hərəkatıdır və mən, İran höküməti adından, Misir və Tunis xalqlarını salamlayıram."

Öz çıxışında, Xameneyi Misir inqilabçılarına İran inqilabının yolu ilə getməyi və Amerika meylli lideri devirərək İslam Respublikası yaratmağı və din ətrafında birləşməyi tövsiyyə edib. Ali dini liderin söylədiyinə görə, Yaxın Şərqin bu iki dövlətində baş verənlər müsəlmanların ayılmasına işarədir və bu hadisələr regionda ABŞ-ın "mütləq məğlubiyyət"i ilə nəticələnəcək.

Xameneyi H.Mübarəki də kəskin ifadələrlə tənqid edib: "30 il ölkə [Misir] azadlıq istəməyən və azadlıq istəyən hər kəsin düşməni olan bir şəxsin əllərində olub." H.Mübarəki sionistlərin qulu adlandıran ali dini lider qeyd edib ki, bu gün İsrail və "Sionist düşmənlər" öz müttəfiqlərinin devriləcəyindən çox narahatdırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır